Avtobus qəzaya düşdü - 26 nəfər öldü

  • By admin
  • 02 İyul 2016 11:18

cin

 

Sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 26 nəfər həyatını itirib. Gununsesi.info “Shanghai Daily”ə istinadən xəbər verir ki, hadisə Çinin şimal bölgəsində Tyançzi şəhəri yaxınlığında baş verib. İlkin məlimatlara görə avtobus sürücüsü təkərin partlaması nəticəsində idarəetməni itirib. Avtobus dərəyə yuvarlanıb. Hadisə nəticəsində ancaq 4 nəfər;- ikinci sürücü, nəzarətçi və iki sərnişin sağ qalıb. Onlar da müxtəlif dərəcəli xəsarət alıb.

Gununsesi.info