Bakıda 8 gün əvvəl avtobusdan yıxılan qadın ölüb.
Gununsesi.info Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun idarə etdiyi 104 saylı “İsuzu” markalı avtobusdan yıxıaraq, ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də elə orada həyatını itirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Gülnaz Qənbərli
Gununsesi.info