Avtobusu qaçırdıb 50 nəfəri girov götürdülər

  • By admin
  • 11 Noyabr 2021 20:02

Haitidə silahlı şəxslər sərnişin avtobusunu qaçırdaraq oradakı 50 nəfəri girov götürüb.

Gununsesi.info  xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsi Le-Ke şəhərindən paytaxt Port-o-Prensə doğru hərəkət edirmiş. Quldurlar girovların bir qisminə qarşı soyğunçuluq etdikdən sonra onları sərbəst buraxıb. Digərlərini isə 500 min dollar qarşılığında azadlığa buraxacaqlarına söz veriblər.

Hələ ki, ölkənin hüquq-mühafizə orqanları məsələ ilə bağlı açıqlama verməyib.

Gununsesi.info