
Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Çilinin İkike şəhərindən Boliviyanın Koçabamba şəhərinə gedən avtobus ötmə manevri zamanı idarəetməni itirərək dərəyə yuvarlanıb.
Qəzanın səbəbləri araşdırılır. Ölənlərin sayının artacağı istisna olunmur.
Gununsesi.info












