
Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.
Qol.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxıb.
Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edib. Ağdam klubu bu görüşdə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. “Qarabağ” qrupu 3-cü pillədə bitirib. “Fiorentina” isə qrupu birinci pillədə başa vurub.
Digər oyunda PAOK “Slovan”a 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Gununsesi.info








