Avtodayanacaqda partlayış baş verib

  • Müəllif: admin
  • 06 Fevral 2018 20:10

İsveçin cənubundakı Malmö şəhərində avtomobil dayanacağında partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hələlik partlayışın səbəbi barədə rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən ay da Malmö şəhərində polis məntəqəsinin yaxınlığında partlayış törədilmişdi. Həmin hadisə ilə əlaqədar 2 nəfər saxlanılmışdı.

Gununsesi.info