Avtomobil aşdı, 3 nəfər xəsarət alıb

  • By admin
  • 03 Oktyabr 2016 21:40

qeza

 

Bu gün axşam saatlarında Siyəzəndə yol qəzası baş verib.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, qəza BakıQubaRusiyaFederasiyası dövlət sərhədi avtomobil yolunun 92-ci km-də qeydə alınıb.

Məlumata əsasən, 99 ZE 980 dövlət nömrə nişanlı avtomobil maneəyə çırpılaraq  aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1969-cu il təvəllüdlü Şeydayeva Gülnaz Ramazan qızı, 1969-cu il təvəllüdlü Şirinova Şahnabad Sabir oğlu və 1966-cı il təvəllüdlü Həsrət Hacımuradovdur.

Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info