Avtomobil hasara çırpıldı - Sürücü öldü

  • By admin
  • 19 Dekabr 2016 12:42

hasar

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə,Nəsimi rayonu ərazisində Ağdam rayon sakini Elşən İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə o, hadisə yerindəcə ölüb.
Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdərəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info