
Sovet hakimiyyəti Tver vilayətinə gəlib çatanadək burada türkəçarəylə məşğul olan, xəstələri sağaldan mərhəmətli, mehriban ağsaqqal loğman yaşayırdı. Loğman müxtəlif bitkilərin köməyi ilə hər cür qarın ağrılarını sağalda bilirdi.
Gununsesi.info “Znaxar” külliyyatına istinadən həmin loğmanın qarın ağrılarını azaldan reseptini təqdim edir.
Qarışığın tərkibi:
1 baş soğan
200 qram dəmlənmiş çay
Hazırlanması:
Soğanın qabığını soyub təmizləyin.Soğanı bölünməmək şərti ilə 4 hissəyə kəsin.
İsti çay ilə dolu stəkana soğanı qoyun və rəng alması üçün 5-10 dəqiqə gözləyin.
Qarında diskomfort hiss edən zaman əlinizin altında həb yoxdursa, onda bu məhlulu hazırlayıb için. Bu metod bağırsağın fəaliyyəti bərpa edir və qarın ağrılarını azaldır.
Gülnaz Qənbərli
Gununsesi.info