Avtomobil piyadanı vuraraq öldürüb

  • Müəllif: admin
  • 02 Fevral 2018 10:32

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 09:30 radələrində Ağdaş şəhərində qeydə alınıb. Minik avtomobili yolu keçən piyada, 1971-ci il təvəllüdlü İsmayılov Hüseyn Əsabi oğlunu vurub. Ağır bədən xəsarətləri alan H. İsmayılov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Gununsesi.info