Gununsesi.info-nun məlumatına görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dən çox müraciət daxil olub. Komissiyasının yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.
Novruz bayramı ərəfəsində isə əfv sərəncamının veriləcəyi gözlənilir.
Gülnaz Qənbərli
Gununsesi.info












