Avtomobildə gizlədilən pirotexniki vasitə və fişənglər aşkar edildi

  • By admin
  • 22 Sentyabr 2017 10:30

pirotexnik

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, idarənin “Sınıq Körpü” gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin kapotunda və alt hissəsində, üzərində “Petards” yazısı olan 30 blok (hər birində 10 qutu olmaqla) pirotexniki vasitə, həmçinin üzərində “Magical candle 40 boll” yazısı olan 9 blok (hər birində 10 ədəd olmaqla) və üzərində “25 shots cake” yazısı olan 16 ədəd fişənglər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info