Çantada “beşbarmaq” aşkar edildi

  • By admin
  • 22 Sentyabr 2017 10:24

besbarmaq

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Astana-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.

Yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info