Avtomobilini səhv park edən adam bir daha bunu təkrarlamayacaq - DİGƏR MAŞIN SAHİBLƏRİ ONA UNUTMAYACAĞI DƏRS VERİBLƏR

  • By admin
  • 15 Aprel 2017 21:00

sehv parkovka ders

Avtomobilini park etmək üçün qeyd olunan sahələrin tam ortasında saxlayan sürücüyə bu baha başa gəlib.

Gununsesi.info-nun aznews.az-a istinadən verdiyi məlumata görə, avtomobilini səhv park edən sürücüyə digər avtomobillərin sürücüləri elə dərs veriblər ki, bir daha o, bu səhvi təkrar etməyəcək.

Belə ki, onlar da qərara gəlirlər ki, maşınlarını həmin avtomobilə çox yaxın saxlasınlar. Maşınını götürməyə gələn sürücü isə gördüyü mənzərədən çox əsəbiləşir. Avtomobilinin qapılarını aça bilməyən şəxs bir az düşündükdən sonra baqajı açaraq oradan sükan arxasına keçir.

Sürücüyə “park etmə” dərsi verən maşın sahibləri onun bu hərəkətini videoya çəkiblər. Həmin görüntünü təqdim edirik:

Gununsesi.info