Avtomobillə vurulan 74 yaşlı piyada ölüb

  • By admin
  • 06 Sentyabr 2016 10:09

941a04199db54b19f2e3660976056e35

Zaqatalada avtomobilin vurduğu 74 yaşlı piyada ölüb.
Gununsesi.info-nun məlumatına görə, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alan, rayonun Gözbarax kənd sakini, 1942-ci il təvəllüdlü Cəbrayıl Əli oğlu İsayevi sentyabrın 5-də axşam saatlarında xəstəxanada keçinib.

Qeyd edək ki, həmin gün səhər saatlarında rayonun Suvagil kənd yolunda kənd sakini, 1966-cı il təvəllüdlü Xatirə Məmməd qızı Soltanova idarə etdiyi “VAZ 21099” markalı, 62 BF 988 dövlət nömrə nişanlı avtomobillə Cəbrayılİsayevi vurub.

Gununsesi.info