Avtoparkda partlayış - FOTO

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 13:14

partlayis

Gununsesi.info Tükiyə mətbuatına istinad edərək məlumat verir ki, bu səhər 08:55 radələrində Antalya Ticarət və Sənaye Mərkəzinin yaxınlığındakı avtoparkda partlayış baş verib.

Verilən açıqlamalara görə, səhər saat 08:55 radələrində açıq avtoparkda səbəbi hələ də məlum olmayan partlayış baş verib. 10 nəfər şüşə kəsiklərindən xəsarət alıb,maşınlar zərər görüb. Xoşbəxtlikdən, heç bir insan itkisi olmayıb.

Polis rəisi Cəmil Tonbul hadisə ilə bağlı verdiyi açıqlamada partlayışın hər hansı bir terrorla bağlı olub-olmadığının araşdırıldığı barədə məlumat verib..

Antalya Ticarət və Sənaye Mərkəzinin rəhbəri Davud Çətin partlayışın nədən qaynaqlandığına dair heç bir fikrinin olmadığını, hadisə nəticəsində sadəcə bəzi maşınların zərər gördüyünü bildirib.

Antalya Şəhər Bələdiyyə başçısı Menderes Türel isə açıqlamasında yaralıların həyati təhlükəsnin olmadığını deyib. Onun fikrincə, bu partlayış terror ilə əlaqəli görünmür.

partlayis1

Nigar Cəfərli

Gununsesi.info