Arif Alışanovdan Avropa Məhkəməsinə şikayət edilib - FOTOLAR

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 13:07

nargiz

 “Mən AzTV-nin uğursuz sədri Arif Alışanovun qanunsuz göstərişi ilə işdən çıxarılmışam. Yerli məhkəmələr ədaləti bərpa etmədiyi üçün Avropa məhkəməsinə müraciət etmişəm. Şikayətim qəbul edilib və yaxın vaxtlarda məsələyə baxılacaq”.

Bu haqda Gununsesi.info-ya  AzTV-nin Musiqi verilişləri redaksiyasının sabiq əməkdaşı,  tanınmış rejissor Nərgiz Cabbarlı məlumat verib.

O, bildirb ki, AzTV-nin sədri  A.Alışanovun “əlaltısı” kimi tanınan, redaksiyanın  baş redaktoru  Nadir Axundovun  əməllərinə etiraz etdiyi üçün qanunsuz olaraq, işdən çıxarılıb: “Təbii ki, bu işdə qeyri-peşəkar sədr A.Alışanovun “zəngin və parlaq” keçmişinə bələd olmağım da öz rolunu oynayıb. Çünki bu, ləkələri həmişə aydın görünən keçmiş sədrin ağrılı yeridir”- deyə, N.Cabbarlı əlavə edib.

N.Cabbarlı  iddia edib ki, daim hakimləri ələ almağı ilə lovğalanan A.Alışanov və N.Axundov kimilər  ədalətdən gizlənə bilməyəcəklər: “Bir də nəzərdən qaçırmasınlar ki, Allah aşkar-gizlin olan hər şeyi görür və gec-tez bütün günahkarların cəzasını verir.  AzTV cılız kilkə balıqlarının, yox, mənəviyyat və peşəkarlıq baxımından balinaların yeri olmalıdır”.

arif

nadir-axundov

Gülnaz Qənbərli

Gununsesi.info