Avtomobil piyadanı vurub qaçdı - YARALININ VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 03 Fevral 2018 00:05

Zaqatalada 41 yaşlı piyadanı maşın vurub, sürücü hadisə yerindən qaçıb.

Gununsesi.info xəbər verir ki, fevralın 2-si axşam saat 18:30 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində yolu keçmək istəyən piyada, rayonun Axaxdərə kənd sakini, 1977-ci il təvəllüdlü Həsən Seyfullah oğlu Qurbanov naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Ağır bədən xəsarəti alan 41 yaşlı Həsən Qurbanov Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan verilən məlumata görə, koma vəziyyətində olan Həsən Qurbanova ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində aparılır.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info