Prezident Ramin Quluzadəyə bu şəxsi birinci müavin təyin etdi - SƏRƏNCAM

  • By admin
  • 03 Fevral 2018 00:13

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Gununsesi.info trend-ə istinadən məlumat verir ki, bu vəzifəyə Əli Abdullayev İzzət oğlu təyin edilib.

Qeyd edək ki, bundan öncə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşənə qədər Ə.Abdullayev 23.06.2016-cı il tarixindən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsində işləyib.

Gununsesi.info