Hamiləliyin şansını artıran SADƏ ÜSUL

  • By admin
  • 03 Fevral 2018 00:21

Artıq çəki və piylənmə hamiləliyin ehtimalını xeyli azaldır.

Araşdırmalar göstərir ki, bu qadınlara normal çəkisi olan qadınlarla müqayisədə hamilə qalmaq üçün 2 dəfə daha çox vaxt tələb olunur.

Eksperimentlər göstərib ki, bədən çəkisinin hətta 5-10% azalması qadında ovulyasiya və dölyaratma funksiyasını xeyli yaxşılaşdırır.

Lakin onu da nəzərə almaq lazımdır ki, çəkinin normadan az olması da qadının dölyaratma funksiyasına ciddi ziyan vurur, hətta menstruasiyanın kəsilməsinə səbəb ola bilər.

Gununsesi.info saglamolun.az-a istinadən bildirir ki, kişilərdə də piylənmə testosteronun səviyyəsinin aşağı düşməsinə və sonsuzluğa səbəb ola bilər.

Gununsesi.info