AXCP üzvü Fuad Əhmədlinin şikayəti təmin edilməyib

  • Müəllif: admin
  • 16 Avqust 2017 17:06

mehkeme

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvü Fuad Əhmədlinin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Gununsesi.info-nun məlumatına görə, məhkəmədə qərar elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib. F.Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. O, Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.

Gununsesi.info