
Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna səfər edib. Baş nazir Kəlbəcərdə Vardenis- Mardakert (Ağdərə) yolunun tikintisi ilə tanış olub. O, eyni zamanda su zavodunun təməlqoyma mərasimində iştirak edib.
Gununsesi.info “novsti-armeniya”ya istinadən xəbər verir ki, təməlqoyma mərasimində çıxış edən Karapetyan xarici investorların hesabına inşa olunacaq bu zavodun Kəlbəcər suyunu xarici ölkələrə satacağını deyib.
Karapetyan həmçinin, Kəlbəcərdə tikilən su elektrik stansiyalarının tikinti prosesi ilə də maraqlanıb.






Gununsesi.info












