
Türkiyə Mühəndis və Memarlar Odalar Birliyinın (TMMOB) hazırladığı qurxunc raporta əsasən İstanbulda baş verəcək zəlzələ zamanı 625 min həyatını itirəcək.
Gununsesi.info “milliyet”ə istinadən xəbər verir ki, mütəxəssislərin hazırladığı raportun ən pis ssenarisinə əsasən İstanbulda 1509-cu ildə baş verən 7,7 bal gücündəki zəlzələ təkrarlana bilər və bu zaman say dəfələrlə artıq ola bilər.
TMMOB təmsilçisi Cəvahir Efe Akçelik bildirir ki, aparılan araşdırmalara görə, zəlzələnin baş verə biləcəyi ocaqlarda ciddi fəlakət yaşanacağı gözlənilir. O deyib ki, 1509-cu il zəlzələsində İstanbul və Galata əhalisinin ümumi sayı 160 min olub və o zaman 35 min bina var imiş. “Ona görə də o zaman itki az olub. Yəni hər min nəfərə 30 ölüm hadisəsi baş verib. İndi isə İstanbul əhalisinin sayı 20 milyon civarındadır, o zaman fəlakət coğrafiyasının nə qədər geniş və böyük olduğunu göz önün gətirmək çətin deyil və hesablamalara görə, itki 625 minə çata bilər “- deyə, o vurğulayıb.
Arçelik əlavə edib ki, bu gün İstanbuldakı zəlzələ ocaqları sönsə də bir çox mövcud zəlzələ ocaqlarında yaşayış məntəqləri mövcuddur: “Bu baxımdan da indidən yetkililərə səslənərək deyirəm ki, gözlənilən hər təbii fəlakətə hazır olmaq lazımdır. Biz də öz əlimizdən nə gəlirsə, onu etməyə hazırıq”.
Gununsesi.info












