Ayaqqabının dabanlarında heroin aşkar edildi

  • By admin
  • 12 Oktyabr 2016 11:28

narko

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar edilib.
Gununsesi.info Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda sözügedən vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının oyuqlarında beş bükümdə, ümumi xalis çəkisi 2,915qram olan heroin və xalis çəkisi 8,354 qram olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info