Aybəniz Haşımova: “Tahir Əkbərin bir mahnısını illərdir sürpriz saxlayıram, amma…”

  • By admin
  • 30 İyul 2016 12:22

ayka-1

 

“1989-cu ildə şəxsən tanışlığmız olmadan onun uşaqdan-böyüyə əzbər bildiyi “Dərdin alım” mahnısını çox sevdiyimiz Zeynəb xanımdan sonra İraq səfərimdə, sonra isə hər konsertimdə mütləq ifa edirdim. İllərdir onun bir əsəri də var ki, onu hələ sürpriz saxlayıram”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış sənətkar, Əməkdar artist Aybəniz Haşımova öz “Facebook” statusunda yazıb.

“Amma hazırda xalqımızın milli bəstəkarı, musiqiləri insanın ana laylasına çevrilən dəyərli bəstəkar Tahir Əkbərin “Bülbüllərim”lə birgə, yəni, bir əsərini Allah qismət etsə, oktyabr ayında sizlərə təqdim edəcəyik. Dəyərli əsərə görə bəstəkarımıza təşəkkür edirik. Ona hələ indən sonra da 100 il yaşamagı və yeni- yeni əsərlərinin yaranmasını arzu edirik. Qoruyun əzizlərim belə bəstəkarları, onlar artıq çox deyil!”-deyə, tanınmış ifaçı daha sonra yazıb.

 

tahir

 

K. Həmzəoğlu

Gün.Az