AYB üzvünün Prezidentdən ANS xahişi

  • By admin
  • 25 İyul 2016 13:31

SEXAVET

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Səxavət Kəlbəcərli prezident İlham Əliyevə müraciət edib. Müraciətinin bir surətinin gununsesi.info-ya təqdim edən şair ölkə başçısından ANS-in yayımına qoyulan qadağanın aradan qaldırılmasını xahiş edib.

Müraciətdə qeyd olunur ki, Azərbaycanın ilk özəl telekanalı olan ANS milli ruhda fəaliyyət göstərən bir kanal olub: “Bu kanalın xidmətini xalqımız həm də Qarabag savaşında görüb. Xocalı həqiqətlərini məhz ANS-in sayəsində dünyaya çatdıra bilmişik. Ümid edirəm ki, Siz ANS-in yayımına qoyulan qadağanı aradan qaldırmaqla, həm də Çingiz Mustafayevin ruhuna ehtiram göstərmiş olacaqsınız. Hətta bu kanalın səhvi olsa belə, onu bağışlamağınızı rica edirəm”.

ans