“Üsyançı müstəntiq”in məhkəməsi başladı HAKİMDƏN BƏRAƏT İSTƏNİLDİ

  • By admin
  • 25 İyul 2016 13:29

rufet-s

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində sabiq müstəntiq Rüfət Səfərovun işi ilə bağlı hazırlıq iclası keçirilib. Bu barədə gununsesi.info-ya sabiq müstətiqin vəkili Bəhruz Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, prosesdə Rüfət Səfərova qarşı cinayət işinin qurama olması əsas gətirilərək, ona bəraət hökmünün çıxarılması barədə vəsatətə verilib. Ancaq hakim bu vəsatəti təmin etməyib.

Proses avqustun 8-də davam etdiriləcək.

Xatırladaq ki, Rüfət Səfərov ölkədəki ədalətsizliyə görə, könüllü olaraq, çalışdığı Zərdab Rayon Prokurorluğundan istefa verib. onun səs-küylü istefasından sonra ona qarşı cinayət işi açılıb.