Bir müddət əvvəl xəbər vermişdik ki, Qazax Rayon Məhkəməsini sədri Nemət Musayev yoxa çıxıb.
Gununsesi.info–nun əldə etdiyi məlumata görə, məhkəmə sədrinin adı Vahid Məhkəmə Portalından silinmişdi.
Portalda Nemət Musayevin icraatında olan işlərin siyahısı göstərilsə də, ancaq bu bilgilər görünmürdü.
Maraqlıdır ki, Nemət Musayevin sədrlikdən kənarlaşdırılması ilə bağlı hər hansı rəsmi qərar açıqlanmamışdı.
Xatırladaq ki, Nemət Musayev Prezidentin 6 may 2025-cı il tarixli sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuşdu.
Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasından Gununsesi.info-nun sorğusuna cavab olaraq, Nemət Musayev ötən ay təqaüdə göndərildiyi bildirilirdi.
Hazırda əldə etdiyimiz məlumata görə, Vüsal Qurbanov Məhkəmə-Hüquq Şurasının qərarı ilə Qazax rayon məhkəməsinə ezam olunub, ona sədrin səlahiyyətlərinin icrası tapşırılıb.












