Ərdoğan partiya sədrləri ilə görüşəcək

  • By admin
  • 25 İyul 2016 13:25

erdoğan

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün MHP və CHP lideri ilə görüşəcək. Görüş 14.00-da Türkiyə prezidentinin rezidensiyası “Beştəpə”də görüşəcək. Gununsesi.info “haberturk”ə istinadən xəbər verir ki, görüş Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşacaq. Görüşdə əsas məqsəd siyasi partiya liderlərinə dövlət şçevrilişi cəhdi zamanı ortaya qoyduqları mövqeyə görə onları şəxsən öz təşəkkürünü bildirəcək. Görüşdə prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, MHP lideri Dövlət Baxçalı, CHP lideri Kamal Kılıcdaroğlu iştirak edəcək. Bu üç partiyanın birlikdə ilk toplantısı olacaq. Qeyd edək ki, Baş nazir Binəli Yldırm CHP-nin iyulunun 24-də İstanbulda Taksim meydanında keçirdiyi dəstək mitiniqinə görə, CHP lideri Kamal Kılıcdaroğluya telefon açaraq ona təşəkkürünü bildirib. Telefon danışığı zamanı CHP lideri “Beştəpə”də siyasi partiya liderlərinin toplantısına HDP lideri Səlahəddin Temirtaşın da dəvət olunmamasından təəssüfləndiyini dilə gətirib.

 

Gununsesi.info