
Məlumat verdiyimiz kimi, “İnter” Türkiyədə toplanışdadır.
Gununsesi.info-nun məlumatına görə, dünən komanda toplanış çərçivəsində növbəti yoxlama matçını keçirdi.
Türkiyə təmsilçisi “Gənclərbirliyi”-nin ikinci komandasıyla görüşdə “İnter” 4-0 hesabıyla qalib gəldi. Komandamızın heyətində Samir Zərgərov(2), Fuad Bayramov və Mirhüseyn Seyidov fərqləndilər.
Xatırladaq ki, ötən yoxlama matçlarında “İnter” Türkiyə Superliqa təmsilçisi “Kasımpaşa” ilə (2:1) və “Elazığspor” (0:0) ilə qarşılaşmışdı.
Gununsesi.info