Aydın Mirzəzadə: “Belə bir şey olmayıb, saxtadır”

  • By admin
  • 02 İyun 2016 12:43

aydinm

Mediada və sosial şəbəkələrdə ““Dillər Universitetində YAP biabırçılığı” adlı yazıda  Azərbaycan Dillər Universitetininin filologiya və jurnalistika fakultəsində tələbələrin YAP-ın iclasında iştirak etmədiklərinə görə 14 tələbənin dekanlıq tərəfindən cəzalandırılaraq töhmət elan edilməsi faktı yalandır. Həmin cəzalandırmanı özündə guya əks etdirən sənəd isə tamamilə saxtadır. Həmin şəklin altında göstərilən təqvim tarixindən bunu daha aydın görmək mümkündür. Mayın 28 Respublika Günü olduğundan ölkədə iş günü deyildi. Amma “sənəd” guya həmin gün imzalanıb”. Bu haqda millət vəkili Aydın Mirzəzadə gununsesi.info-nun sualını cavablandırarkən deyib. Millət vəkili bildirib ki, universitetin rektor əvəzi  Dünyamin Yunusovla əlaqə saxlayıb: “Mən Dünyamin Yunusovla əlaqə saxladım. O bildirdi ki, universitetdə belə hal baş verməyib, verə də bilməz. Dekan Vahabovanı tanımıram. Amma onlar da bildirib ki, dərc edilən informasiya saxta sənədə əsaslanıb. YAP Azərbaycan qanunlarına hörmətlə yanaşır və qanunsuzluqlara qarşıdır”

 

Gülnaz Qənbərli