Rektor: “Dekana töhmət veriləcək” -EKSKLÜZİV

  • By admin
  • 02 İyun 2016 12:54

 

dunyamin

“Biz bu olayla bağlı dərhal araşdırma apardıq. Dekanın bu hərəkəti qanunsuzdur və ona töhmət veriləcək”.  Bu sözləri Gununsesi.info-ya eksklüziv  açıqlamasında Dövlət Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusov adıçəkilən təhsil ocağının YAP-ın iclasına getməyən tələbələrinə töhmət verilməsi barədə fakta münasibət bildirərkən söyləyib. Saytımıza açıqlamasında rektor bildirib ki, dekanın bu əməli sadəcə tələbləri məsuliyyətli olmağa dəvət məqsədi ilə edilsə də qanunsuzdur: “Dekana töhmət veriləcək. Divara vurulan o kağızın da hüquqi statusu yoxdur”.

Rektor tələbələrin YAP-a zorla yazdırılmadığını da deyib: “İndi hansı dövrdür ki, insanları zorla partiyaya qoşasan”.

 

Münəvvər