Lənkəranda yol qəzası oldu - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 02 İyun 2016 13:03

Lenkeran qeza 4

Lənkəran rayonunda minik avtomobili motosikletlə toqquşub. Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yol qəzası rayonun Vel kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı minik avtomobili ilə “Muravey” markalı motosiklet toqquşub. Nəticədə, nəqliyyat vəsitəsinin sürücüsü və iki sərnişini, rayonun Siyavar kənd sakinləri, 19 yaşlı Zahir Rəfail oğlu Zakirov, 35 yaşlı Teymur Sovet oğlu Əliyev və Təhmasib Elman oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb,müvafiq tibbi yardım göstərilib. Hadisə yerinə yol polisi xidmətinin əməkdaşları gələrək müayinələr aparıblar.

 

Qəzanın dəqiq səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonra məlim olacaq. Faktıa bağlı araşdırma aparılır.

 

Lenkeran qeza 1

 

Lenkeran qeza 0

 

Lenkeran qeza 5

 

Lenkeran qeza 6