Aygün Bəylərdən Röyaya ağır sözlər: "SƏNƏTİ YOXDUR, SƏSİNƏ QULAQ ASA BİLMİRƏM" (VİDEO)

  • By admin
  • 22 Dekabr 2017 13:50

Əməkdar artist Aygün Bəylər Röya Ayxan haqqında qalmaqallı açıqlama verib.

Gununsesi.info-nun məlumatına görə, xanəndə “Səhər-səhər” verilişində asparıcı Elgiz Əkbərin Röyaya dediyi “Sevilir, sənətkardır” etiraz edib.

Aygün söyləyib ki, Röyanın sənəti yoxdur: “Hansı sənətdən danışırsan? Əsəbiləşdirirsən məni… Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. 80 faizi o gündədir. Mən sənətkaram ey. Sənin onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Nigarı (Nigar Camal – red.) Röyanın yanına qoysan sənətdə onu sökər. Qorxmuram… Mən sənət üçün doğulmuşam. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən. Hansı oxuyanda var? Estrada da, ərəb də, muğam da oxuyuram. Kimə deyim? Xoşuma gəlmir sənəti olmayandan danışırsan. Bəlkə xalq iyrənir? Mən onun səsinə qulaq asa bilmirəm. İlk gələn vaxtlar məndən məsləhət aldı ki, tək gəlmisən, necə edim mən də?

Çox söhbətlər var. Çağırırlar tədbirə gedib oxuyurlar. Biz o vaxt tədbirdə sənətkarlar görəndə qorxurduq salam verməyə. Bunlar yox. Adamın varsa, ödül də alacaqsan. Başına papaq qoy, makiyajsız al bunu. Kimə görə sənətkardı? Buna görə oxumaqdan iyrənirəm. Röyadan qabaq gələnlər var. Mənim fikrim hamıdan artıq olmalıdır. Mən əziyyət çəkmişəm. Saç yapışdırıb, klip çəkib sənətə gələ bilməzsən”.

Aygün daha sonra “Sənəti olmayan yanında belə danış” deyib, efiri tərk edib. Daha sonra isə geri qayıdıb.

Gununsesi.info