Aynur Camalqızıdan jurnalistlərin “məmurlaşmasını” tənqid

  • Müəllif: Orxan
  • 13 Avqust 2026 13:09

Jurnalist Aynur Camalqızı həmkarlarının dövlət qurumlarının mətbuat xidmətlərində fəaliyyətə başladıqdan sonra mediaya münasibətinin dəyişməsini tənqid edib.

Gununsesi.info xəbərə verir ki, bu barədə Aynur Camalqızı deyib:

“Bizim jurnalist həmkarlarımız, dostlarımız, əzizlərimiz niyə dövlət qurumlarının mətbuat xidmətinə işə düzələn kimi – təbii, istisnalar var – məmurlaşırlar, mediaya yuxarıdan aşağı baxırlar, eks-həmkarlarını saymırlar, iqnor edirlər? Nə baş verir? Dünənədək məmur etinasızlığını, diqqətsizliyini, məsuliyyətsizliyini tənqid edənlər niyə məmur olan kimi etinasızlaşırlar, məmurlaşırlar? Amma yaxşı mənada yox…”

Elmar

Gununsesi.info