
Bu gündən etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Gununsesi.info