Azərbaycan miqrant böhranı ilə üzləşə bilərmi?

  • By admin
  • 26 May 2019 20:15

Azərbaycanın qanunvericiliyi kifayət qədər liberal olduğundan ölkəyə mühacir axını ildən-ilə artır. Ancaq hələ ki, bir sıra Avropa ölkələrinin üzləşdiyi “miqrant böhranından” danışmaq çox erkəndir.

Bu barədə Gununsesi.org -a miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov danışıb.

Hər ay Azərbaycanın aidiyyəti qurumları bir neçə yüz, bəzi hallarda isə hətta mindən çox qanunsuz mühaciri üzə çıxarır.  Ekspertin sözlərinə görə, bu miqrasiya proseslərinin effektiv şəkildə tənzimlənməsi planında müəyyən çətinliklər yaradır. Ancaq hər halda onlar üzə çıxır, qeyri-leqal mühacirlərin qanunsuz marşrutları aşkarlanır.