Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,03 dollar, yaxud 1,82% azalıb.
Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 55,71 dollara bərabər olub.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Gununsesi.info