Rusiyada avtomobil qaçıran şəxs Azərbaycanda tutulub

  • By admin
  • 18 Fevral 2017 12:15
avtomobil_ogrusu_01888888
Rusiya Federasiyasında avtomobil qaçıran şəxs Azərbaycanda tutulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı və 264-cü maddələri (nəqliyyat vasitəsinin qaçırılması, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozma) ilə axtarışda olan Natiq Qulamov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.
Gununsesi.info