
Amerikanın “C-Span” kabel televiziyası politoloq tarixçi və digər profil mütəxəssislərin tərtib etdiyi ABŞ prezidentlərinin reytinqini açıqlayıb. Səsvermənin nəticələrinə əsasən, reytinqdə ilk yeri ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln, ikinci və üçüncü yerləri müvafiq olaraq Corc Vaşinqton və Franklin Ruzvelt tutublar.
Gununsesi.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Amerika administrasiyasının bundan əvvəlki başçısı Barak Obama siyahıda yalnız 12-ci yerdə qərarlaşsa da, iqtisadi tənzimləmə sahəsində digər siyahıda 8-ci yerə layiq görülüb. Bununla yanaşı, mütəxəssislərin fikrincə Obama Konqreslə qarşılıqlı əməkdaşlıqda özünü pis göstərib və bu parametrlərə görə 39-cu olub.
Ən pis göstərici isə yekun reytinqdə 33-cü yeri tutan kiçik Corc Buşa məxsusdur. O, xarici siyasət məsələlərində də özünü pis göstərərək bu sahədə 41-ci yerdə qərarlaşıb.
“Amerika liderlərinin özünəməxsus xit-paradının” tərtib olunmasında 90-dan çox tarixçi, həmçinin ABŞ-ın məşhur “beyin mərkəzlərinin” ekspertləri iştirak ediblər.
Gununsesi.info












