Azərbaycan Ordusunun giziri qarpızdan zəhərləndi

  • By admin
  • 09 Avqust 2016 11:38

qar

 

Tovuz rayonunda hərbi qulluqçu qarpızdan zəhərlənib. Gununsesi.info xəbər verir ki, bu barədə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, zəhərlənən şəxs Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü, gizir Həsənov Elvin Mahir oğludur. O, qarpızdan zəhərlənmə diaqnozu ilə evdə xəstəxanaya yerləşdirilib.

Hərbçiyə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə məlumat verilib və o, Hərbi Hospitala yerləşdirilib.

Hazırda E.Həsənovun səhhəti orta ağır qiymətləndirilir.

 

Gununsesi.info