Qəbz olmasa, yararsız məhsul üzərindəki hüquqlar itir?

Bəzən aldığımız məhsullarda yaranan problem zamanı tələb olunan əsas məsələ qəbzdir.

Sahibkarlar israrla qəbzi tələb etməyi, əks halda, problemin aradan qalxmayacağını bildirir.
Bəs görəsən, qəbz olmasa, yararsız məhsul üzərində müştərinin hüquqları qalmırmı?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Rəşad Səfərov danışıb.

O bildirib ki, qəbz sübutu güclü dəlildir, amma yeganə sübut deyil.

“Kameralar, şahidlər, bank kartı çıxarışı və məhsulun özü də sübut kimi istifadə oluna bilər. İstehlakçı hüququna görə təhlükəli və ya keyfiyyətsiz məhsul satışa buraxılıbsa, mağaza məsuliyyət daşıyır”, – deyə o, həmçinin qeyd edib.

 

Orxan
Gununsesi.info