
Azərbaycanın qarşıdan gələn 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsi gözlənilir.
Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb.
Layihənin “4.5.9. İdman siyasətinin əsas istiqamətləri” adlanan hissəsində bildirilir ki, – Azərbaycanda 2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı və sahib olmaq niyyətindədir.
Artıq “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” Milli Məclisə təqdim olunub.
Gununsesi.info