Azərbaycanın müdafiə naziri İranın müdafiə nailiyyətləri sərgisində olub – FOTO

  • By admin
  • 16 Aprel 2017 17:18

 9ce3ad7c-08a0-4776-9d82-8fa4194185d2_292

 

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.

“Report” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.

Sərgi ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov “Xatirə kitabı”nı imzalayıb.

 

 

Gununsesi.info