Azərbaycanlı aktyor Türkiyədə filmə çəkiləcək

  • By admin
  • 15 Avqust 2016 15:58

0d97abee6f7b239d978db3f1488f438b

Azərbaycanlı aktyor Kamran Ağabalayev Türkiyədə filmə çəkiləcək.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, aktyor “Atçalı Kel Mehmet” filmində əsas rollardan biri olan Kara Efeni obrazını canlandıracaq. Ekran əsəri Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkiləcək. Tarixi dram janrında lentə alınan filmdə tanınmış türk aktyorları Gökhan Keser, Şeyma Burcu Gül, Cemal Ünal, Mehmet Polad da yer alacaq.

Çəkilişlərə sentyabr ayında start veriləcək.

Qeyd edək ki, Atçalı Kel Mehmet Efe XVIII əsrin məşhur türk qəhrəmanlarından biridir.

Gununsesi.info