![](https://www.gununsesi.info/wp-content/uploads/2016/08/lui-250x200.jpg)
![lui](https://www.gununsesi.info/wp-content/uploads/2016/08/lui-300x157.jpg)
Luiziana ştatı su altında qaldı. Su basması nəticəsində 4 nəfər ölüb, 20 min nəfər zərərçəkən isə xilas edilib.
Gununsesi.info USA Today-ə istinadən xəbər verir ki, ABŞ-ın Luiziana ştatının qubernatoru Con Bel Edvards daşıqnalrdan sonra on mindən artıq insan sığınacaqlara yerləşdirilib.
Ştat fəlakət bölgəsi elan edilib. Avqustun 12-dənetibarəb yağan güclü yağışlar nəticəsində daşqınalr yaranıb və Luizianada həyat iflic vəziyyətinə düşüb. Belə ki, yollarda minlərlə avtomobil qalıb. Fəlakət bölgəsində olan sürücülərə və insanlara ancaq vertolyot vasitəsi ilə qida və su çatdırılır. Əyalətdə 100-ə yaxın yolda və 1400 krpüdə hərəkət dayandırılb. Hazırda pis hava şəraiti Alabama və Missisipi ştatalarına yaxınlaşır və bununla bağlı xəbərdarlıq edilib.
Gununsesi.info