Fox News-un verdiyi məlumata görə, NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı məyusluğunu başa düşdüyünü bildirib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
“Mən məyusluğu tamamilə başa düşürəm, amma məsələn, İtaliyanı götürsək , “Epik Qəzəb” əməliyyatını dəstəkləmək üçün İtaliyadakı bazalardan 500 Amerika təyyarəsi havaya qalxdı. Rumıniyanın paytaxtı Buxarestdə kommersiya uçuşları azaldılmalı idi, çünki hava limanı ABŞ təyyarələrinin yanacaq doldurması üçün istifadə edilməli idi “, – Rutte deyib.
O, həmçinin Trampın liderlik keyfiyyətlərini tərifləyib.
O bildirib ki, Amerika lideri sayəsində bütün müttəfiq ölkələr müdafiə xərclərini artırmağa başlayıblar.
Rutte bildirib ki, bu, NATO-nu daha güclü edir və “buradakı müdafiə investisiyaları və NATO müttəfiqlərinin müdafiə xərclərini artırması sayəsində ABŞ-ı daha təhlükəsiz edir”.
Maqsud












