“SpeysX” şirkətinin qurucusu İlon Maskın sərvəti 1 trilyon dollardan aşağı düşərək 957 milyard dollar təşkil edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Bildirilib ki, son dəyişikliklər iş adamının sərvətinin 118 milyard dollar azalmasına səbəb olub.
Qeyd edək ki, iyunun 12-də Mask, “SpeysX” şirkətinin səhmləri ticarətə başladıqdan sonra dünyada sərvəti 1 trilyon dolları keçən ilk şəxs olub. Beləliklə, o, təxminən iki həftə ərzində trilyonçu statusunu saxlayıb.












