Azərbaycan ədəbiyyatının ən yaxın dostu da ailəsi ilə birgə həlak olub

  • By admin
  • 09 Fevral 2023 09:53

“İstedadlı gənc yazar, Azərbaycanı ürəkdən sevən, Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran peşəkar tərcüməçi Abdulkadir Özkan zəlzələdə vəfat edib”.

Gununsesi.info xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat yayıb.

O bildirib ki, Kahramanmaraşda baş verən zəlzələdə Abdulkadir Özkan ailə üzvləri lə birgə həlak olub: “Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq”.

Gununsesi.info