Azərbaycan 2,3 milyon ton neft dünya bazarına çıxarıb

  • By admin
  • 06 Dekabr 2016 17:31

neft
2016-cı ilin noyabr ayı ərzində 2 milyon 345 min 740 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.(Bu həcmin 1 milyon 528 min 526 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).

SOCAR-dan Gununsesi.info verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 753 min 098 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər Ceyhan limanından 317 milyon 946 min 870 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Anar
Gununsesi.info